Bakıda “Four Seasons” otelinin qarşısında yanğın baş verib - FOTO
PressNews.Az xəbər verir ki, Neftçilər prospektində hərəkətdə olan 36-BE-211 dövlət nömrə nişanlı “Ford Transit” markalı mikroavtobusda nasazlıq baş verib və avtomobil yanmağa başlayıb.
Hadisə yerinə yanğınsöndürən maşın və polis əməkdaşları cəlb olunub.
Yanğın artıq söndürülüb. Baş vermiş hadisə ilə əlaqədar Neftçilər prospektində tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məsələ ilə bağlı “Four Seasons” otelinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildiriblər ki, yanğın otelin qarşısında baş verib və hadisə ilə əlaqədar otelə heç bir ziyan dəyməyib.



