top of page

Amerikalı rəsmi Netanyahunu biabırçı şəkildə təhqir edib

ABŞ-ın adı açıqlanmayan hökumət rəsmilərindən biri tərəfindən kobud şəkildə təhqir edilən İsrailin baş naziri bu təhqirə cavab verib. İsrailli baş nazir parlamentdəki çıxışında bunları deyib: “Bizim ali maraqlarımız, xüsusilə, Yerusəlim şəhərinin təhlükəsizliyi və birliyi həmin, özünü gizlədən amerikalı rəsmiləri maraqlandırmır, bunun üçün bizə, xüsusilə də mənə bu cür hücum edirlər. Mən İsrail rejiminin və xalqının maraqlarını müdafiə etdiyim üçün özümə qarşı bu təhqirlə qarşılaşıram.”

Bildirək ki, adı açıqlanmayan Ağ Ev rəsmilərindən biri “Atlantik” jurnalına verdiyi müsahibədə prezident Barak Obamanın Netanyahu arasındakı gərginliyi şərh edərkən israilli baş naziri alçaldıcı şəkildə tənqid edib.

“Deməliyəm ki, "Bibi" (Benyamin Netanyahu) sadəcə toyuq peyinidir. Onu maraqlandıran tək şey sadəcə öz siyasi kariyerasını məğlubiyyətdən xilas etməkdir. Onun heç bir kişiliyi və mərdliyi yoxdur. O, hətta, fələstinlilərlə hər hansı yaxınlaşmaya da nail ola bilməyəcək.” - adı qeyd olunmayan amerikalı rəsmi müsahibəsində deyib.

ABŞ dövlət departamentinin sözçüsü Cennifer Psaki dünənki mətbuata açıqlamasında məsələylə bağlı bildirib ki, rəsmi Vaşinqton bu təhqirlə bağlı Təl-Əvivdən heç bir üzrxahlıq etməyəcək, çünki, bu sözlər Ağ Evin rəsmi mövqeyi deyil.

Xatırladaq ki, sön zamanlar Təl-Əvivlə Vaşinqton arasında işğal edilmiş Fələstin torpaqlarında 1000 yəhudi məskəninin salınması məsələsinə görə anlaşılmazlıq yaranmışdı və ölkə rəsmiləri arasında gərgin fikir mübadilələri keçirilmişdi.

İnterAz

bottom of page