PRESS NEWS AZERBAIJAN

Deputatlığa namizəd həbs olundu

31.10.2014

 

 

Azərbaycanda deputatlığa keçmiş namizəd həbs edilib.

 

PressNews.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Osmanov Mehralı Məhəmməd oğlu Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

 

M.Osmanov Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, M.Osmanov uzun illər polis orqanlarında çalışıb. Bir müddət əvvəl isə xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulub.

 

M.Osmanov 2010-cu ildə keçirilən Parlament Seçkilərində 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olub.

Please reload