PRESS NEWS AZERBAIJAN

Binəqədidə də evləri su basıb

03.11.2014

Xəbər verdiyimiz kimi dünən axşam saatlarından yağan intensiv yağış paytaxt Bakıda bir sıra problemlər yaradıb.

 

Pressnews.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri ərazisində intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su basıb. Hadisə ilə əlaqədar olaraq Binəqədi rayonu ərazisində evdən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib.Əməliyyat saat 07:56-da başa çatıb.

Qeyd edək ki, Bakı şəhər Nərimanov rayon ərazisində də evləri su basıb və evdən çıxa bilməyən 5 nəfər sakinə yardım göstərilib.

Please reload

ƏN ÇOX OXUNANLAR