ABŞ-da keçirilən rüblük parlament seçkilərindən “Respublikaçılar” partiyası üstünlük əldə edib. Partiya artıq seçkilərin keçirildiyi əksər ştatlarda üstünlük qazanıb. Bunlar Arkanzas, Kolorado, Montana, Cənubi Dakota və Qərbi Virginiyadır.
Seçkilərin ilkin nəticəsinə görə, ABŞ parlamentində tam qələbə qazanması üçün “Republikaçılar” partiyasına cəmi bir ştatda qələbə qazanmaq lazım olub. Artıq, partiya Nümayəndələr palatasında üstünlük əldə etməyə tam qərarlıdır.
Seçkilərdə ən əhəmiyyətli qələbələrdən biri Kentaki ştatında əldə olunub. Belə ki, azlıqda olan respublikaçı senator Mak Konnel çoxluqda olan Demokratların lideri Alison Lunderqan Qraymsı səs çoxluğu ilə qabaqlayıb.
Ştatların bəzisində üstünlükdə olan Demokratları əvəzləyən Respublikaçılar bir sıra ştatlarda öz üstünlüklərini yenidən qoruyublar.
Bununla da, Konqresdə mütləq üstünlüyə yiyələniblər və "Demokratlar"ın nümayəndəsi prezident Barak Obamanın reytinqinin aşağı düşməsi qətiləşib.