Bizim mövqeyimiz birmənalıdır – Elmar Məmmədyarov
“Sülhə nail olmaq üçün Ermənistan, ilk növbədə qoşunlarını Azərbaycan ərazilərindən çıxartmalıdır”
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və İrlandiyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla birgə təşkil edilən mətbuat konfransında bildirib.
"Devid Lidinqtonla həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirdik. Sözsüz, bu görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Sülhə nail olmaq üçün Ermənistan, ilk növbədə qoşunlarını Azərbaycan ərazilərindən çıxartmalıdır. Bizim mövqeyimiz birmənalıdır.", - E.Məmmədyarov belə deyib.
Britaniyanın rəsmi nümayəndəsi də münaqişə ilə bağlı fikirlərini bölüşüb: "Dağlıq Qarabağ böhranı 20 ildir, davam edir. Bu, faciədir. Burada olan məcburi köçkünlərlə görüşdüm. Onlar öz evlərinə qayıda bilmirlər. Hamımız buna görə çox məyusuq. Böyük Britaniyanın burada rolu Minsk qrupunun işinə, o cümlədən sülhün təmin olunmasında beynəlxalq təşkilatlar səviyyəsində hər iki tərəfə dəstək verməkdən ibarətdir. İnsanlar bir-biriləri ilə təmasda olmalıdırlar. Bu, münaqişənin həllinə gətirib çıxara bilər."