Peşmərgə İŞİD-ə qan uddurdu
Peşmərgə qüvvələri Şənqal (Sincar) bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının girovluğunda olan yezidi kürdlər xilas edilib.
ANS PRESS-in məlumatına görə, xilas edilən 41 nəfər yezidi kürd Peşmərgə qüvvələri tərəfindən Şənqal dağına aparılıb.
Kürd mənbələrdən birinə məlumat verən Şənqal dağındakı cavabdeh peşmərgə komandiri Aşti Koçər xəbərin doğru olduğunu təsdiqləyib. O, qurtarılan insanların helikoperlə Duhokun Zaho rayonuna göndəriləcəyini söyləyib.
Qeyd edək ki, Şənqal rayonu İŞİD tərəfindən işğal edildiyi zaman yüzlərlə yezidi kürd onlar tərəfindən girov götürülmüşdü.