top of page

Prezidentin sarayına hücum etdilər: Ölənlər var

Dövlət başçısı hücum zamanı Sarayda olmayıb.

Sudanda Prezident Sarayına hücum olub.

PressNews.Az APA-ya istinadən xəbər verir ki, naməlum şəxs Prezident Sarayına daxil olaraq iki nəfər əsgəri öldürüb.

Sudan prezidentinin mətbuat katibi bildirib ki, həmin şəxs mühafizə xidmətinin əməkdaşları tərəfindən öldürülüb.

Prezident Ömər Həsən əl-Bəşir isə hücum zamanı Sarayda olmayıb.

bottom of page