top of page

Azərbaycanda görünməyən cinayət hadisəsi- “10 yaşlı azyaşlını yandırıb çaya atdılar” - FOTO

Ağlasığmaz qətli 14 və 15 yaşlı yeniyetmələr törədib.

Azərbaycanda indiyə qədər görünməmiş cinayət hadisəsi baş verib. İnsanlığa sığmayan bu hadisə Zaqatalada qeydə alınıb. Rayon sakinlərinin “PressNews-a verdiyi eksklüziv məlumata görə, bir həftə bundan əvvəl Zaqatala rayonunda çayda yanmış uşaq meyiti tapılıb.

Hüquq-mühafizə orqanlarının araşdırması zamanı məlum olub ki, azyaşlı hadisə baş verəndən bir neçə gün əvvəl dükana çörək almağa gedib və bir daha geri qayıtmayıb. Araşdırmalar zamanı bəlli olub ki, 10 yaşlı adı Ceyhun olduğu deyilən azyaşlı naməlum şəxslər tərəfindən meşəyə aparılıb. Ən dəhşətlisi isə bundan sonra baş verib.

Hələlik soyadları məlum olmayan 14 yaşlı Orxan və 15 yaşlı Ramil meşədə əvvəlcə Ceyhunun əllərini kəndirlə bağlayaraq işgəncə ilə döyüblər. Daha sonra üzərinə benzin tökərək yandırmağa başlayıblar.

Ən dəhşətlisi isə budur ki, ağla sığmayan qətli 14 və 15 yaşlı yeniyetmələr edib. 10 yaşlı Ceyhunun qışqırdığını görən Orxan və Ramil dərhal qorxuya düşərək azyaşlının qarın və üz nahiyəsinə şiddətli şəkildə təpiklə vurmağa başlayıblar. Yeniyetmələr törətdiyi vəhşiliyi gizlətməkdən ötrü 10 yaşlı Ceyhunu çaya tullayaraq hadisə yerindən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanları cinayəti törədən yeniyetmələri tez bir zamanda yaxalaya bilib. Hazırda dəhşətli qətlin Orxan və Ramil tərəfindən hansı səbəblə törədildiyi araşdırılır.

Hadisəni diqqətdə saxlamağa davam edəcəyik.

bottom of page