Baş redaktor "Qarabağ" klubundan üzr istəyib
Pressnews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev deyib ki, Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Jouhaudun qarşısında qaldırılıb. Qəzetin Baş redaktoru Fabrice Jouhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəmiş və səhvin aradan götürüldüyünü bildirib.
Qeyd edək ki, Fransanın "L`Equipe” qəzetində “Qarabağ” klubu Ermənistan komandası kimi təqdim edilib.