PRESS NEWS AZERBAIJAN

Azərbaycan Ermənistan vertolyotunu vurdu

12.11.2014

 

Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun vertolyotunu vurub. 

PressNews.Az-ın xəbər verir ki, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.

Azərbaycanın Müdafiə Nazirliyindən faktı “Qafqazinfo”ya təsdiqləyiblər. Əlavə məlumat veriləcək.

Please reload