"Simpsons"un "ata"sı 100 milyon dollarından keçdi

Dünyanın ən məşhur animasiya serialı sayılan "The Simpsons"un banilərindən biri Sem Saymon bütün varidatını heyvanların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq "People for the Ethical Treatment of Animals" (PETA) təşkilatına vəsiyyət edib.

59 yaşlı Sem Saymon tanınmış televiziya prodüseri və ssenariçi Mett Qreyninq və Ceyms Bruksla bahəm "Simpsons" serialının "ata"larındandır.
2012-ci ildə müayinə zamanı düz bağırsağında xərçəng şişi aşkarlanmış Sem Saymonun dediyinə görə, həkimlər onun ömrünə çox qalmadığını söyləyiblər.
Bu səbəbdən də, milyarder pullarını yaratdığı "Sam Simon Foundation" ilə beynəlxalq PETA təşkilatına vəsiyyət edib. PressNews.Az Daily Mail-ə istinadən bildirir ki, 1990-cı illərin əvvəllərində boşanmış S.Saymonun övladı yoxdur. PETA-nın prezidenti İnqrid Neukrikin dediyinə görə, S.Saymonun qərarı onların qəlbini riqqətə gətirib.
