top of page

Abutalıbov "köhnəni" söküb yerində "təzə" nə tikdirir? - FOTO

Bakıda köhnə avtovağzalın yerində göydələnlərin inşasına başlanıb.

PressNews.az-ın əməkdaşı xəbər verir ki, uzun müddətdir sahibsiz qalan massivdə yeni yaşayış binaları və ticarət mərkəzi tikilir. 2009-cu ildən avtomobillərin cərimə meydançasına çevrilən köhnə vağzal ərazisində inşa işlərinin təməli qoyulub.

Bəzi məlumatlara görə, göydələnləri “Effekt 2011” MMC inşa edir.

Xatırladaq ki, Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov da qeyd etmişdi ki, ərazi yaşayış binalarının əhatəsində yerləşdiyindən, orada yaşayış kompleksinin tikintisi məqbuldur.

bottom of page