PRESS NEWS AZERBAIJAN

7 yaşlı uşaq şahmat turnirinin qalibi olub - FOTO

14.11.2014

 

 

7 yaşlı həmyerlimiz Mədinə Daşdəmirova  daha bir şahmat yarışında böyük uğura imza ataraq I yerin qalibi olub.

 

PressNews.Az xəbər verir ki,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş təsnifat turnirində qızlar arasında keçirilən şahmat yarışında 7 yaşlı Mədinə Daşdəmirova bütün rəqiblərini geridə qoyaraq qələbə qazanıb və birinci yerin sahibi olub.

 

Ən kiçik yaşlı iştirakçı olmasına baxmayaraq 7 yaşlı Mədinə Daşdəmirova yarışda nümayiş etdirdiyi yüksək mübarizə əzmi ilə fərqlənərək iştirakçılar və yarış kollektivi arasında böyük rəğbət qazanıb.

 

Azyaşlı fəxrimiz  keçirilən oyunlarda öz istedadını böyük ustalıqla nümayiş etdirərək I yeri əldə etdiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Diplom və qızıl medalla təltif olunub.

 

Qeyd edək ki, Mədinə Daşdəmirova Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevin nəvəsidir.

Please reload

ƏN ÇOX OXUNANLAR