Serjin süpürgədə uçması
Əgər yalan danışırsansa, xüsusilə bu yalanı öz xalqına deyirsənsə çox və səs küylü etmək lazımdır. Bu müasir erməni mətbuatının özünəməxsus devizidir. Bu ölkənin bütün mətbuatı demək olar ki, xain azərbaycanlıların hərbi təlim keçirən erməni helikopterini vurmasından danışır. Sual edilir, nə üçün bu qanadlı maşın təlim uçuşunu İrəvan və ya hər hansı başqa Ermənistan şəhəri üzərində keçirməyib. Bu hələ harasıdır. Ermənilər yazır ki, sən demə helikopter Azərbaycan ərasizində olmayıb. Bu ən böyük yalandır. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu həmişə belə olub və olacaq.

Məncə, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ən yaxşı cavabı verdi. O, "Moskovskaya Komsomolets" qəzetinə müsahibəsində deyib ki, heç kimə dövlət sərhəddini pozmağa icazə verilməyəcək. KTMT-nın baş katibi Nikolay Bordyuja helikopterin vurulmasından hiddətlənib və münaqişənin gərginləşməsinə gətirib çıxara bilər. Onda nə üçün Bordyuja özünün erməni həmkarlarına başqalarının ərazisində hərbi təlim keçirməyin düzgün olmadığını deməyib?. Polad Bülbüloğlunun dediklərinə əlavə edə bilərik ki, qoçaq Bordyuja erməni təcavüzkarlarını daima müdafiə edir və ANS PRESS bu haqda dəfələrlə yazıb. Bundan başqa, onun hətta bəzi bəyanatları Rusiya hökumətinin rəsmi nöqteyi nəzərinə zidd olub. ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psakinin ökəsinin baş verənlərdən xəbərdar olduğunu və ölənlərin yaxınlarına başsağlığı verməsi haqqında bəyanatı da məni çox təəcübləndirdi. Nədənsə mən ABŞ və ya Rusiyada daxil olmaqla başqa bir ölkənin ermənilərin Xocalıda təlimlərindən, yüzlərlə insan - qoca, uşaq, qadının faciəli şəkildə qətlə yetirilməsindən narahat olduqlarını xatırlamıram. Bəzi ölkələrin tətbiq etdiyi ikili standart heç zaman yaxşı şey vəd etmir. Onlar ancaq təcavüzkarları həvəsləndirir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini uzadır. Şübhəsiz ki, bu insidentdən təcrübəli demaqoq, Ermənistan prezidenti Serj Sarkisyan dərhal istifadə edəcək. İndi o Ermənistana təhlükə olduğunu, hələ xalqın həyat keyfiyyətini yaxşılaşdırmaq tələbini yerinə yetirə bilməcəyəklərini bəyan edəcək. Görən, bu yoxsul ölkə kimə lazımdır?