Azərbaycanın Mingəçevir şəhərindən olan Ukrayna vətəndaşı, Donetskdən məcburi köçkün Rəfiqə Nəsirova müvəqqəti olaraq Vinnitsa vilayətində məskunlaşıb. PressNews.Az “Diaspora” TV-yə istinadən xəbər verir ki, R.Nəsirovanın mövcud vəziyyət həqiqətən də ürək ağrıdıcıdır.
Bir otaq, 1 mətbəxdən, odunla qızdırılan və tüstünün çıxması üçün borusu belə olmayan, 3, 5, 14, 15 yaşlı dörd uşaq və bu uşaqları həyatda saxlamaq üçün dəridən-qabıqdan çıxan Rəfiqə Nəsirova Donetskə 15 il bundan əvvəl ailə quraraq gəldiyini deyib.
Hazırda əri işləmək üçün Rusiyaya gedib, amma ondan da bir xəbər yoxdur. Müharibənin çox qızğın vaxtında ancaq 4 uşağını götürərək Kiyevə gələn R.Nəsirova bir müddət müxtəlif şəhərlərin dəmir yol vağzallarında yaşayıb. Daha sonra isə yerli sakinlərin köməyi ilə rəsmi strukturlara müraciət edib. Rəsmi strukturlarda qışın çox sərt keçdiyi bu ölkədə uşaqları donmamaları üçün onları şəraitsiz evdə yerləşdirib.
Məskunlaşdığı kəndin sakinlərinin onlara etdikləri köməyə baxmayaraq, hazırda bu uşaqların qış geyiminə, dərman preparatların və sağlam qidaya ehtiyacı var. Qonşular deyiblər ki, tüstünün çıxması üçün boru olmayan bu evdə nə vaxtsa bu ailənin boğulacağından çox narahatdırlar.
Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov soydaşımız Rəfiqə Nəsirovanı ziyarət edərək onlara müxtəlif köməkliklər göstərib.