top of page
bottom of page
Erməni mətbuatı Ermənistanın Xarici İşlər Nazirliyini sərt tənqid ediblər.
ANS PRESS "Jamanak" qəzetinə istinadən xəbər verir ki, qəzet erməni helikopterin Azərbaycan mövqelərinə hücumu zamanı vurulmasından 6 gün keçməsinə baxmayaraq Ermənistan XİN-in hər hansı bir bəyanat verməməsindən hiddələnib.
"Elə bil ki, azərbaycanlılar helikopteri deyil, XİN-i vurub. Bu qurum öz bəyanatları, təşəbbüsü, çıxışları ilə hamıdan seçilməli idi. Ancaq onlar susaraq oturub belə bir biabırçı və ümidsiz vəziyyətin yaranmasına səbəb olub. Ermənistan XİN-in susması heyrət doğurur", - "Jamanak" yazır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.
Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopterlərində biri məhv edilib, digəri isə uzaqlaşıb. Helikopterin vurulması nəticəsində 3 pilot ölüb.