PRESS NEWS AZERBAIJAN

Ziyafət Əsgərov Minsk Qrupunun bəyanatına - məntiqsizdir

20.11.2014

ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan hərbi helikopterinin düşdüyü ərazi ilə bağlı verdiyi bəyanat mənasız və məntiqsizdir.Bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Z.Əsgərov qeyd edib ki, Minsk qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər: “Guya helikopter neytral əraziyə düşüb”.

Vitse-spiker qeyd edib ki, helikopterin düşdüyü yer Azərbaycan ərazisidir və beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədr ölkələri tərəfindən də Azərbaycan ərazisi kimi tanınır: “Belə olan halda isə, həmsədrlərin bəyanatı təxribat xarakterli, mənasız və məntiqsizdir”.

 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload