top of page

Ziyafət Əsgərov Minsk Qrupunun bəyanatına - məntiqsizdir

ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan hərbi helikopterinin düşdüyü ərazi ilə bağlı verdiyi bəyanat mənasız və məntiqsizdir.Bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Z.Əsgərov qeyd edib ki, Minsk qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər: “Guya helikopter neytral əraziyə düşüb”. Vitse-spiker qeyd edib ki, helikopterin düşdüyü yer Azərbaycan ərazisidir və beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədr ölkələri tərəfindən də Azərbaycan ərazisi kimi tanınır: “Belə olan halda isə, həmsədrlərin bəyanatı təxribat xarakterli, mənasız və məntiqsizdir”.

bottom of page