"İslam Dövləti” terror təşkilatı sıralarına qatıldığı qazaxstanlı üzvlərinin hərbi qərargahından videogörüntü yayımlayıb. Videogörüntü “İslam Dövləti” terror təşkilatına tabe olan “əl-Həyat” adlı mediya qurumu tərəfindən yayımlanıb.
Videoda Suriyaya gedən qazaxıstanlı təkfirçilərin azyaşlı övladlarına keçirilən hərbi təlimlər görüntülənib. Burada onlarla azyaşlıya müxtəlif növ silahdan istifadə etmə və "kafir" lərlə mübarizə öyrədilir.
Xüsusilə də, 10 yaşlı uşaqların hərbi təlimlərdən sonra verdikləri bəyanatlarda öldürmək və baş kəsməklə bağlı təhdidləri tükürpədicidir.
Bildirək ki, bundan öncə Qazaxstan dövləti "İŞİD" sıralarında təqribən 300 radikalın olduğunu bəyan etmişdi.