Yəmən hökuməti inqilabçı husilərin ordu tərkibinə qatılmasına razılıq verib.
Yəmən prezidenti Abdu-Rabbih Mansur Hadi husi şiələrinə məxsus hərbi briqadaların ölkədə ordu və təhlükəsizlik qüvvələri tərkibinə qatılacağı barədə çıxış edib.
PressNews.Az "əl-cəzirə"-yə istinadən xəbər verir ki, Yəmən hökuməti inqilabçı husilərin ordu və təhlükəsizlik qüvvələri sıralarına qatılması üçün müvafiq komissiyaların yaradılmasını nəzərdə tutub.
Qeyd edək ki, Yəmən husiləri (zeydi şiələri) sentyabr ayında əl-Əmran əyaləti və paytaxt Sənanı nəzarətə alıblar. Bundan sonra ölkənin Qırmızı dəniz sahilindəki bir əyalətini və cənubda daha bir əyaləti nəzarətə götürə biliblər. Xüsusilə də, husilərin Yəmənin mərkəz hissələrində "əl-Qaidə" terror təşkilatına qarşı uğurlu hərbi əməliyyatları onların ölkə ordusunun əsas tərkib hissəsi kimi qələmə verilməsini zəruri edib.