top of page

“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi festivalın icrasına start verdi.

Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi “Kənd və qəsəbələrdə yaşayan gənclərinin intellektual inkişafına dəstək"adlı festivalın icrasına start verdi.

Festivalın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini,dünya görüşünü,zehni inkişafını, komanda şəkilində işləmək bacarıqının inkişafını istimullaşdıraraq,eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.Festival çərçivəində aşağıdakı işlər həyata keçiriləcəkdir.

  • Azərbaycanın zəngin milli mədəniyyətinin,coğrafiyasının,dilinin və tarixinin gənclər arasında təbliği,

  • İntellektual oyunların kütləviliyinin təmin edilməsi və gənclərin aktivliyinin artırılması,

  • Gənclərin asudə vaxtının səmərəli təşkili,

  • Gənclərin intellektual potensialının inkişaf etdirilməsi və şəxsi qabilliyyətlərinin aşkar olunması istiqamətində əlverişli şəraitin yaradılması,

  • Gənclər arasında intellektual oyunların keçirilmə qaydaları haqqında məlumatlandırma işinin aparılması;

  • Gənclər arasında intellektual oyunların keçirilməsinin əhəmiyyəti barədə izahların verilməsi və s.

Festival Hacıqabul,İmişli,Saatlı,Beyləqan və Ağdaş rayonlarında keçiriləcəkdir. Festivalda yaşı 14-29 yaş arası olan gənclərə iştirak etmək hüquqi veriləcəkdir.

Festival gənclərdə intellektual vərdişlərin yaranmasına bilavasitə yardımçı olacaqdır. Festival çərçivəsində fəaliyyətlərin uğurlu həyata keçirilməsi üçün birlik tərəfindən 5 nəfərdən ibarət könüllü heyyət də fəaliyyətlərə cəlb olununacaqdır.

Qeyd edək ki, intellektual festivalda ancaq seçilmiş rayonların kənd və qəsəbələrdə yaşan gənclər iştirak edə bilər.

bottom of page