"Əlil və şəhid ailələrinə mənzil veriləcək" - Nazir vəd edir
Yaxın vaxtlarda Tərtər, Beyləqan və Şamaxı rayonlarında olduğu kimi, İmişli rayonunda da çoxmənzilli yaşayış binasının istifadəyə veriləcək və bu rayonda mənzil növbəsində olan 54 müharibə əlili və şəhid ailəsinin həmin binada mənzillə təmin ediləcək.
PressNews.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İmişlidə keçirdiyi qəbul zamanı məluamt verib.
Nazir bildirib ki, ümumiyyətlə, müharibə əlillərinin rifah halının yaxşılaşdırılması daim diqqətdə saxlanır. Bu günlərdə biz Qarabağ əlilləri və onların sosial təminatı vəziyyətinə dair informasiyaları pasportlaşdırmaqla, elektron məlumat bazası yaratdıq və nazirliyin rəsmi internet saytında yerləşdirdik. Oradakı fərdi məlumatlar əsasında biz artıq həmin insanların yaşayışını daim nəzarətdə saxlayacağıq. Bu da bizə imkan verəcək ki, onların bu və ya digərinin sosial ehtiyaclarını operativ şəkildə müəyyən edərək müvafiq tədbirlər görək.