PRESS NEWS AZERBAIJAN

Edvard Nalbandyan: Deyəsən, salonun 90 faizi azərbaycanlıdır ki?

27.11.2014

 

İsveçə səfər edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan noyabrın 26-da Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda “Cənubi Qafqazda təhlükəsizlik problemləri” mövzusunda məruzə ilə çıxış edib. 

 

PressNews.Az-ın məlumatına görə, AzərTAc-ın xüsusi müxbiri Rauf Əliyev Stokholmdan xəbər verir ki, nazir çıxışını bitirəndən sonra İsveç-Azərbaycan Gənclər Təşkilatı fəallarının suallarına tuş gəlib. Rəsul Məcidov, Allahverdi Verdizadə, Aysel Yusubova və Mahirə Muxtarova erməni nazirə 4 sual ünvanlayıblar.

 

Verilən suallarda Ermənistanın 20 ildən artıqdır Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb etməsi qeyd olunub.

 

1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsini, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc sakinin qəddarlıqla qətlə yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdıran fəallar Edvard Nalbandyanın bu haqda fikirlərini bilmək istəyiblər.

 

Çətin anlar keçirən, tələbələrin suallarına destruktiv və uydurma dolu cavablar verən nazir tədbirin bu şəkildə davam etməsindən narahat olduğunu ifadə edib. Sualları cavablandırarkən açıq-aşkar əsəbi olduğu hiss olunan erməni nazirin “deyəsən, salonun 90 faizini azərbaycanlılar təşkil edir” ifadəsi vəziyyətin onun üçün necə mürəkkəb olduğunu göstərirdi.

Please reload

ƏN ÇOX OXUNANLAR