PRESS NEWS AZERBAIJAN

Sabirabadı su basıb - VİDEO

27.11.2014

 

Cəlilabad rayonunda yağışlı hava problemlər yaradıb. 

 

PressNews.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, rayonun Sabirabad kəndindən keçən Qarayar çayının məcrasından çıxması ilə kəndin çaysahili ərazilərdə yerləşən evlərini və əkin sahələrini su basıb.

 

Sabirabad kənd sakini Azay Məmmədov, suyun bütün evləri basdığını, heç nə edə bilmədiklərini deyir. 

 

Sabirabad kənd sakini Kəmaləddin Həmidov isə hazırda evinin və aldığı 5-6 ton kartofun suyun içində qaldığını deyir.

 

Hazırda ərazidə quraşdırılmış su nasosları vasitəsilə həyətlərə yığılmış suların təmizlənməsi həyata keçirilir. İntensiv yağışlar rayondakı Mişarçayda da suyun artmasına səbəb olub.