Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı öz fəaliyyəti ilə dünyanı aldada bilməyəcək.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBBM) sədri Cəmil Çiçək bəyan edib. Bu barədə Trend cümə axşamı "Anadolu" agentliyinə istinadən xəbər yayıb.
Onun sözlərinə görə, son vaxtlar ermənilər və erməni lobbisi dünya parlamentlərinin 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanıması üçün səylərini gücləndirib.
Spiker qeyd edib ki, Ankara arxivləri açmağa və 1915-ci il hadisələrini yenidən araşdırmağa hazırdır.