PRESS NEWS AZERBAIJAN

"Əlfəcin" verilişi nəhayət ki, efirdə

28.11.2014

 

 

Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanan, Turana Huseynli ilə Mad House Movie-nin birgə layihəsi olan "Əlfəcin" verilişi nəhayət ki, efir həyatına başladı.
İsgəndər Səlimovun rejissoru olduğu verilişin aparıcısı insanların daha öncə AzTV və Araz FM-dən aparıcı kimi tanıdıqları Turana Hüseynlidir.

"Əlfəcin" verilişinin əsas məqsədi kitabın, ədəbiyyatın, yazılı sözün təbliğidir. Yaradıcı heyət ölkənin sevilən şəxsiyyətləri ilə kitab və ümumiyyətlə ədəbiyyat barədə video-müsahibələr hazırlayıb. Maraqlı veriliş həm də əyləncəli məqamlarla müşayiət olunub. “Əlfəcin” verilişin rəsmi youtube kanalında yayımlanır və facebook, twitter, instagram hesabları vasitəsilə izləyicilərə çatdırılır.

Verilişin ilk qonağı Bəhram Bağırzadə olub.