PRESS NEWS AZERBAIJAN

Eltun İbrahimov : “Onlar tez-tez öz çıxışlarında, təqdimatlarında kobud səhvliklərə yol verirdilər.”

28.11.2014

 

22-26 Noyabr tarixlərində Gürcüstan Gənc Diplomatlar Birliyinin dəvəti ilə Azərbaycan Gənc Diplomatlar Birliyinin nümayəndə heyəti Gürcüstanın paytaxtı Tiblisi şəhərində işgüzar səfərədə olmuşdur. Səfərin məqsədi Azərbaycan gəncləri və Gürcüstan gəncləri arasında dostluq əlaqələrin inkişafına töhvə vermək, hər iki ölkələrin gəncləri arasına davamlı olaraq  birgə layihələrin keçirilməsini təşkil etməkdir.

 

Səfərin ilk günlərində hər iki təşkilat arasında əməkdaşlıq haqqında memorandum imzalanmış, müzakirə zamanı qarşılıqlı birgə layihələrin keçirilməsi haqqında razılıqlar əldə olunmuşdur.

 

Gürcüstanda səfərdə olan nümayəndə heyətinin rəhbəri AGDB-nin baş katibi Eltun İbrahimovun verdiyi məlumata görə eyni zamanda gənc diplomatlar “Qafqaz Beynəlxalq Universitetinin” birgə təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən"Cənubi Qafqaz, Qara dəniz və Orta Şərq bölgəsində Müasir çağırışlar" mövzusunda beynəlxalq konfransda iştirak etmişlər.

 

Baş katib onuda qeyd etdi ki, “Müzakirəyə çıxarılan mövzu olduqca böyük elmi və siyasi aktuallıq kəsb edirdi .Çox təəssüf edirəm ki, konfransda iştirak edən istər Gürcüstan gəncləri və eləcə də digər xalqların nümayəndələri cənubi Qafqazdakı  Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya problemləri barədə, İslam haqqında dərin biliklərə malik deyillər.

Onlar tez-tez öz çıxışlarında, təqdimatlarında kobud səhvliklərə yol verirdilər. Bütün bu kimi hadisələrin baş verməsi bizi çox məyus etdi, ancaq onu da qeyd etmək istərdim ki, iştirakçılar Azərbaycanda gedən sürətli inkişaf barədə məlumatlı idilər. Onlar bizim dövlət başçımızın dünyada apardığı siyasətdən olduqca məmnun idilər.

 

Çay fasiləsi zamanı nümayəndə heyətimiz bütün iştirakçılara bir-bir yaxınlaşaraq çıxışlarındakı yalnış təbliğatlar aparan iştirakçılara geniş məlumatlar vermiş, bu cür məlumatların heç bir əsasa malik olmadığını diqqətlərinə çatdırmışlar. Konfransın sonunda bütün iştirakçılar 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Olimpiya oyunlarına ev sahibi edəcək Azərbaycana dəvət edildilər.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR