PRESS NEWS AZERBAIJAN

Oqtay Əsədov: Barmaqarası münasibət bəsləməliyik

28.11.2014

 

Milli Məclisin bu günki plenar iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin qəbulu ilə bağlı müzakirələr keçirilib.

 

PressNews.Az xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov Avropa Parlamentinin prezidenti Martin Şultsun Avrop Parlamentinin 26 noyabrda Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirləri şərh edib və onun barəsində tənqidi fikirlər səsləndirib.

 

Parlament sədri kimi bir neçə dəfə Martin Şultsa səsləndirdiyi fikirlərlə bağlı cavab yazdığını deyən O.Əsədov qeyd edib ki, ancaq ondan bir cavab gəlməyib: “Onların siyasi mədəniyyətləri də yoxdur. Azərbaycanda baş verən hadisələrə isə dərhal münasibət bildirirlər. Onlar ilk əvvəl öz daxillərində baş verənlərə və mandatları çərçivəsində Avropa İttifaqının daxilindəki dövlətlərə nəzər salsınlar. Orda olan antisemitizmə, diskriminasiyaya, miqrantlara olan münasibətə, eyni zamanda başqa ölkələrdə polislərin etdikləri qəddarlıqlara baxsınlar. Onların başqa işləri gücləri yoxdur?”

 

Spiker qeyd edib ki, onlar ancaq bütünü diqqətlərini Avropa ölkələrində olan bir neçə müsəlman ölkəsinə yönəldərək şərləmə işləri ilə məşğuldurlar: “Onlar açıq yalan danışmaqla məşğuldurlar. Şult müraciət edib ki, parlament nümayəndə heyəti Leyla Yunus məsələsi ilə bağlı Azərbaycana gəlsin. Bu tam yalandır. Çünki Milli Məclisə və Azərbaycan hökumətinə heç bir müraciət ünvanlamayıblar. Mötəbər tədbirdə belə bir ağ yalan demək siyasi xadimə nə hörmət gətirmir. Düşünürəm ki, necə münasibət görürüksə, elə də münasibət qaytarmalıyıq. Soyuq münasibətə elə də cavab verməliyik. Biz hər dəfə çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələri yüksək səviyyədə quraq, çünki iki tərəfli əməkdaşlıq təşkilatımız var.

 

Deputatlarımız da tam sayda Avropaya gedirlər. Onlardan isə 2-3 nəfər toplantılara qatılırlar. Barmaqarası münasibətə elə barmaqarası münasibət bəsləməliyik”.

Please reload

ƏN ÇOX OXUNANLAR