PRESS NEWS AZERBAIJAN

Serjə dəfn hazırlığı

28.11.2014

Parlamentin üç müxalifət partiyasından ibarət üçlük gerçək ümumxalq hərəkatına çevrilib, artıq onlarla yeni partiya da hərəkata qoşulub. 

Bu barədə Ermənistan Xalq Partiyasının sədri Tiqran Karapetyan dünən keçirdiyi mətbuat konfransında bildirib. O vurğulayıb ki, ölkədə indiyə kimi görünməmiş vəziyyət yaranıb. Partiya lideri bildirib ki, dekabrın 10-da "biz birlikdə İrəvanın küçə və meydanlarına çıxacağıq". Tiqran Karapetyan vurğulayıb ki, mitinqlər qələbəyə, yəni insanları boğaza yığmış Serj Sarkisyan vəzifədən gedənə qədər fasiləsiz davam edir. 

Sözsüz ki, X gününə hakimiyyətdə olanlar da hazırlaşır. Prezidenti və onun ətrafını kəskin tənqid edən tanınmış fəal Gevorq Safaryan dünən amansızlıqla döyülüb. Onu döyənlər təbii ki, həbs edilməyib. 

Bundan başqa, son iki gündə İrəvanda müxalifətçilərə məxsus 6 maşın yandırılıb. Onların qabaq şüşələrində müxalifət hərəkatlarının emblemləri yapışdırılıb. Polis, təbii ki, cinayətkarları tapa bilməyib. Halbuki, avtomobillərdən biri polis binasının qarşısında, başqa biri isə Milli Təhlükəsizlik Xidmətinin binasının yanında yandırılıb. 

Zərər çəkmişlərdən biri olan Avetisyan "Azadlıq" radiosunun İrəvan bürosuna bildirib ki, Ermənistan hələ də cinayətkar ünsürlərdən formalaşmış xan rejiminin sərt nəzarəti altındadır. Onun fikrincə, etiraz marşını pozmaq üçün hakimiyyət digər təxribatlara da gedəcək.  Amma onlar çətin ki, buna nail olacaqlar, çünki erməni xalqının canını boğaza yığıblar. 
 

ANS PRESS 

Please reload

ƏN ÇOX OXUNANLAR