top of page

Suriya ordusu İdlibdə iki rayonu "ən-Nusra"dan geri alıb

Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətinin cənubunda Həmimat və əl-Mustariha rayonlarını “ən-Nusra Cəbhəsi”ndən geri alıb.

Bu barədə İnterAz "əl-Məyadin" telekanalına istinadla xəbər verir. Məlumatda bildirilib ki, sözügedən iki rayon “Əbu-Duhur” hava limanı yaxınlığında yerləşdiyindən strateji əhəmiyyət daşıyır. Suriyada qarşıdurmalar, döyüşlər, hərbi əməliyyatlar və terror aktları ötən sutka ərzində də davam edib.

Digər bir məlumatda Suriya ordusu Dəra (cənub) əyalətinin Şeyx-Miskin rayonunda silahlılara ağır zərbələr vurduğunu deyib.

Hələbin Kobani şəhərində isə “İslam Dövləti” terror təşkilatı kürdlərin mövqelərini 50 dəfədən artıq minaatanlardan hədəfə alıb.

Dəməşqətrafı əyalətin Qabun, Homsun əl-Vaar rayonu və Həmanın şərq bölgələri də qarşıdurmaların şahidi olub.

bottom of page