PRESS NEWS AZERBAIJAN

Sürücülərə şad xəbər: Ziya Bünyadov prospekti açılır - FOTO

01.12.2014

 

Bakının Ziya Bünyadov prospektində Böyükşor qovşağına qədər işlər yekunlaşıb.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev PressNews.Az-a bildirib ki, prospektin Böyükşor qovşağına qədər olan hissədə asfalt-beton örtüyünün son aşınma qatı vurulub.
 
“Ziya Bünyadov prospektində neçə gündür ki, 24 saat ərzində davam etdirilən işlər nəticəsi olaraq  artıq Böyükşor qovşağına qədər asfalt-beton örtüyü vurulub. Böyükşor qovşağı ətrafında dönmə əməliyyatını həyata keçirilməsinə icazə verilən hissədə, yəni, Xutor yaşayış massivi istiqamətindən gələn avtomobillərin Böyükşor qovşağının alt hissəsindən dönmə əməliyyatı edib, yenidən 20 Yanvar, Xutor istiqamətinə qayıtdığı hissə istisna olmaqla demək olar ki, asfalt-beton örtüyünün vurulması Böyükşor qovşağına qədər çatıb”, - deyə P. Mürsəliyev qeyd edib.
 
Xutordan “Koroğlu” metro stansiyası istiqamətinə avtomobillərin rahat hərəkət etdiyini deyən P. Mürsəliyev qeyd edib ki, təmir işləri başa çatandan sonra şəhərdən Xutor istiqamətinə də hərəkət rahat olacaq.
 
Qurum rəsmisi bildirib ki, qısa zamanda burada xətlənmə, abadlıq işləri də daxil olmaqla bütün işlər yekunlaşacaq.
 
Qeyd edək ki, Xutor dairəsindən Böyükşor qovşağına qədər olan 9,2 km-lik yol 10-12 zolaqdan ibarətdir.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR