PRESS NEWS AZERBAIJAN

Bakı-Sumqayıt yerüstü metrosu

03.12.2014

 

"Bakı ilə Sumqayıt arasında avtomobil sıxlığını aradan qaldırmaq, habelə şəhərin şimal qapısında tıxaclara son qoymaq üçün dəmir yolu nəqliyyatına ehtiyac duyulur. Zənnimcə, Bakıdan Xırdalana elektrik qatarı xəttinin çəkilməsi ilə yanaşı, eyni zamanda, metro xətinin Sumqayıtadək uzadılması məqsədəuyğun olardı. Bu istiqamətdə yerüstü metro xəttinin çəkilməsi imkanları nəzərdən keçirilə bilər".

PressNews.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun xidmət sahələrinin inkişaf problemləri şöbəsinin müdiri, mühəndis-iqtisadçı Aqil Əsədov AzərTAc-a müsahibəsində bildirib.

O qeyd edib ki, Beynəlxalq Avtovağzal-Xırdalan-Sumqayıt xətti üzrə yerüstü metro nəqliyyatı tıxacların aradan qaldırılmasına, sərnişin sıxlığının azaldılmasına müsbət təsir göstərə bilər: 

“Düzdür, bu layihə böyük maliyyə vəsaiti tələb edir. Ancaq paytaxtın gündən-günə inkişaf etməsi və şəhərə avtomobil axınının artması bu məsələni aktuallaşdırır. Nəzərə almaq lazımdır ki, qatarlarla sürətli və intensiv daşımaların təşkili şəxsi minik avtomobillərindən daha az istifadə olunmasına gətirib çıxaracaq", - mühəndis-iqtisadçı Aqil Əsədov söyləyib.

Please reload