Suriyada döyüşlərdə iştirak etmiş azərbaycanlı həbs edilib.
PressNews.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Şahbazi Bəhruz Bəxtiyar oğlu Heydər Əliyev Beynəlxalq Aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırmalar zamanı onun Türkiyə vasitəsi ilə Suriyaya gedərək döyüşlərdə iştirak etdiyi məlum olub. B. Şahbazi Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya dəstə yaratma) maddəsinə əsasən təqsirləndirilir.