PRESS NEWS AZERBAIJAN

Qroznıda atışma – 5 polis öldürüldü (VİDEO)

04.12.2014

Çeçenistanın paytaxtı Qroznı şəhərində öldürülən yaraqlıların sayı yeddi nəfərə yüksəlib. 

AzNews.az xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib. “Hazırda mətbuat evində yeddi yaraqlı cəsədi aşkar edilib. Yaxın 20 dəqiqədə xüsusi əməliyyat başa çatacaq”,- deyə Kadırov bildirib. 

Qroznıda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum təşkil edən yaraqlılar polis formasında olublar.  Hücum nəticəsində hüquq-mühafizə orqanlarının beş əməkdaşı öldürülüb.

 

Please reload