PRESS NEWS AZERBAIJAN

"Artıq Azərbaycan və Türkiyə iqtisadiyyatı bərabər səviyyədə inkişaf etməkdədir"

05.12.2014

 

Bakıda Türkiyə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Türkiyədə sərmayə vəziyyəti, təşviq sistemi və sərmayə imkanları” mövzusunda tədbir keçirilib.

 

PressNews.Az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun tədbirin əhəmiyyəti barədə məlumat verib.

 

Səfir bildirib ki, tədbirin keçirilməsində məqsəd Türkiyə İqtisadiyyat Nazirliyi tərəfindən bu ölkəyə investisiya qoymaq marağı olan beynəlxalq investorlara texniki səviyyədə şərait yaratmaqdır: “Ölkəmizdə bu gün bir çox sahələrdə çox maraqlı təşviq mexanizləri fəaliyyət göstərir. Bizim bu tədbiri keçirməkdə məqsədimiz, azərbaycanlı iş adamlarını Türkiyədə sərmayələr yatırtmağa sövq etmək və onların həyata keçirəcəkləri layihələrə dəstək verməkdir”.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı tövsiyyələrinin olduğunu deyən səfir qeyd edib ki, keçmişdən gələn birgə taleyə sahib olmaq üçün ortaya qoyulacaq iradə ilə hər iki ölkənin gələcəyini daha möhkəm bağlarla möhkəmləndirmək lazımdır: “Ümid edirəm ki, Azərbaycanda da türkiyəli sərmayədarların cəlb edilməsi üçün eyni fəaliyyəti sərgiləyəcəklər. Biz sadəcə azərbaycanlı iş adamlarının Türkiyədə, türk iş adamlarının isə Azərbaycanda sərmayə yatırmalarını hədəfləməmişik. Biz hədəfimiz üçüncü ölkələrə də sərmayə yatırılmasını cəlb etməkdir. Artıq Azərbaycan və Türkiyə iqtisadiyyatı bərabər səviyyədə inkişaf etməkdədir”.

 

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bu gün Türkiyədə 2 mindən artıq azərbaycanlı iş adamları investisitya yatırıb: “Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə qoyduğu yatırım, tikintisi aparılan neft emalı zavodunun və digər neft-qaz və neft-kimya kompleksinin tikintisi bir daha bu xalqların nə qədər yaxın olmasından xəbər verir. Azərbaycan iş adamları Türkiyəyə daha çox sərmayə yatırmalıdır. Türkiyəli iş adamları üçün də Azərbaycan bazarı olduqca sərfəli bazardır. Bundan başqa, Türkiyə və Azərbaycan birgə türkdilli ölkələrə də yatırım etməlidirlər. Biz də öz növbəminzdə Türkiyədən olan iş adamlarına Azərbaycanda sərmayə qoymaq üçün köməklik edə bilərik”.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload