PRESS NEWS AZERBAIJAN

Kaspşik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə görə mükafatlandırılıb

05.12.2014

 

ABŞ və Rusiya ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə görə mükafat verib.

 

PressNews.Az xəbər verir ki, bu barədə  ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik  öz Twitter səhifəsində qeyd edib. 

 

 

Mükafat dekabr ayının 4-də İsveçrənin Bazel şəhərində başlayan Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində təqdim edilib.


Xatırladaq ki, A.Kaspşik 1997-ci il yanvar ayının 1-dən ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ məsələsi üzrə şəxsi nümayəndəsi vəzifəsini icra edir. 

Please reload

ƏN ÇOX OXUNANLAR