ATƏT sədrindən Azərbaycan və Ermənistana çağırış: "Böyük Sülh Sazişi"nə hazırlaşın
APA-nın xəbərinə görə, fəaliyyətdə olan sədr Ukraynanın şərqində separatçıların dəstəklənməsinin yolverilməz olduğunu və bu məsələdə Avropanın birmənalı mövqe göstərdiyini vurğulayıb.
İsveçrənin xarici işlər naziri Didier Burkhalter Moldovanın Dnestryanına yüksək muxtariyyət vermək barədə öhdəliyini dəstəklədiyini qeyd etsə də, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi ilə bağlı müzakirələrdə ortaq məxrəcə gəlməyin mümkün olmadığını deyib.
Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq, D. Burkhalter həmsədr ölkələrin bəyanatını dəstəklədiyini bildirib: “Mən bu bəyanatı bölüşürəm və tərəfləri Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün danışıqlara səsləyirəm”.