ABŞ və Rusiya ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə görə mükafat verib.
PressNews.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib.
Mükafat dekabr ayının 4-də İsveçrənin Bazel şəhərində başlayan Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində təqdim edilib.
Xatırladaq ki, A.Kaspşik 1997-ci il yanvar ayının 1-dən ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ məsələsi üzrə şəxsi nümayəndəsi vəzifəsini icra edir.