top of page

Rusiya ilə güc dilində danışmaq mənasızdı

"Rusiyanın qapıları dünya üçün açıqdır və istənilən ölkə ilə bərabərhüquqlu qarşılıqlı əməkdaşlığın inkişafında maraqlıdır."

Pressnews.az "RT"-yə istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin dünən federal Assambleya qarşısındakı illik çıxışı zamanı deyib. Putin xüsusi olaraq vurğulayıb ki, Rusiya ilə güc dilində danışmaq mənasızdır və ona qarşı tətbiq edilən sanksiyalar da yararsız olacaq.

"Bizə qarşı təcridetmə siyasəti yeni bir şey deyil, hər zaman, onilliklər boyunca ölkəmizə qarşı bu siyasət yürüdüldü. Nə zaman ki, Rusiyanı güclü və müstəqil görməyə başlayıblar dərhal bəzi vasitələr ölkəmizə qarşı işə düşməyə başlayıb." - Putin çıxışında qeyd edib. Rusiya prezidentinin sözlərinə görə, ölkəsinin qonşularla xarici siyasətində hər zaman kənar qüvvələr təsir nümayiş etdirməyə cəhd ediblər və bu qüvvələrin başında Amerika Birləşmiş Ştatları durur. "Hətta, bəzən bilmirsən ki, kiminlə dialoqa girəsən; yerli hökumətlərlə yoxsa, onların amerikalı ağaları ilə?!" - ABŞ-ın Rusiyanın qonşularının xarici siyasətini manipulyasiya etməsini şərh edərkən Putin qeyd edib.

bottom of page