top of page

Səsdən 8 dəfə sürətli təyyarə - Bu artıq fantaziya deyil- VIDEO

Çin özünün səsdən sürətli hipersonik döyüş təyyarəsinin növbəti sınağını keçirib.

PressNews.Az-ın "Sputnik"-ə istinadən məlumatına görə, bu Pentaqon tərəfindən şərti "WU-14" kod adı ilə adlandırılan ultra-sürətli hava qurğusunun sayca üçüncü sınaq uçuşudur. Bundan əvvəl isə həmin, yeni nəsil döyüş təyyarəsi bu il yanvarın 9-da və avqustun 7-də sınaqdan keçirilib.

Məlumata görə, səsdən 8 dəfə iti sürətə malik bu təyyarə ABŞ-ın hər növ raket əleyhinə radar sistemindən yayınmaq potensialına malikdir.

Uçuş testi ABŞ kəşfiyyat agentlikləri tərəfindən də izlənilib. Bu barədə Pentaqonun Azad Mayak orqanının rəsmi internet saytında məlumat dərc olunub.

Bildirək ki, təyyarənin bundan əvvəlki sınaqlarında onun nüvə başlığı daşımaq funksiyası də təsdiqlənib.

Qeyd edək ki, super sürətə malik təyyarə saatda 12 min 359 kilometr məsafə qət etmək gücünə malikdir.

bottom of page