Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov yeni vəzifəyə gətirilib.
PressNews.Az xəbər verir ki, bu barədə AzNews.az-a Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova məlumat verib.
O, yayılan xəbərləri təsdiq edərək bildirib ki, T.Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub:
“Bəli, məlumat düzdür. O, artıq işə başlayıb”- deyə Salatın Əhmədova bildirib.
Qeyd edək ki, Metropolitenin sabiq rəisi bu təyinata qədər YAP-ın Yasamal təşkilatında sədr müavini vəzifəsini daşıyırdı.