top of page

“Hamı elə bilir ki, bu iş elə halvadır“ - MÜSAHİBƏ - FOTO - VİDEO

Orxan "High Life Model & Fashion Academy"ni bitirib. Gənc modelin yeni çəkildiyi fotosessiyadan da bəhs etdiyi müsahibəni təqdim edirik: Model olmaq çətindirmi? - Model olmaq bəli, çətindir. Düzdür, hər işin öz çətinliyi var. Amma elə asan deyil irəli getmək. Çox şeylərlə qarşılaşıb həvəsdən düşməmək asan deyil. Bədən quruluşunuzu necə formada saxlayırsınız? - Daim nəzərdə saxlamaqla. İdmanla. Qidaları düzgün qəbul etməklə. Fitnesslə məşğul olmaqla, basketbola getməklə, üzgüçülüklə məşğul olmaqla. Bunların hamısı vücudu düzgün, sağlam saxlamaq üçün vasitədir. Mütləq boy və çəki nisbətinə diqqət yetirmək lazımdır. Formada olmaq maneken üçün ən əsas şərtdir. Bütün bunlar varsa deməli model ola bilərsən? - Təbii ki, xeyr. Modellik bir sənətdir və hər sənət kimi incəlikləri var. Yeri gəlmişkən, model kurslarında model üçün zəruri olan podiumda yeriş qaydalari, pozalar, nümayiş etdirdiyin kostyumları düzgün təqdim etmək bacarığını öyrənmişəm. Bütün bunlar üçün müəllimim Mübariz Allahverdizadəyə təşəkkür edirəm. Qeyd edim ki, Mübariz müəllim modanın vətəni sayılan Parisdə "İnternational Fashion Academy"ni bitirib. Mən çox şanslıyam ki, müəllimimim yüksək moda sahəsində qazandığı təcrübəni özüm üçün əxz etmişəm. Fransa moda məktəbinin incəliklərini bilmək sənətimdə çox köməyimə çatıb. Ya buna modellər özləri şərait yaradıb, ya da bilmirəm niyə, amma Azərbaycanda bu sənətə barmaqarası yanaşma var. Səbəbini necə izah etmək olar? - Azərbaycanda model anlayışına bir qədər fərqli münasibət var. İnsanlara elə gəlir ki, azacıq yaraşığın və bədən quruluşun varsa sən model ola bilərsən. Qətiyyən! Bayaq dediyim kimi, hər işin öz incəlikləri var. Bunları da öyrənmək üçün müəllimlərdən dərs lazımdır. Həmçinin dünyada bu sahədə olan yeniliklərlə daim maraqlanmaq, məşhur modellərin iş prinsipləri barədə məlumatlı olmaq lazımdır. İndi internet və televiziya vasitəsi ilə modellik sahəsində olan yenilikləri izləmək mümkündür. Həmçinin ixtisaslaşmış televiziya kanallarında defilələri izləməklə bu sahədə bilikləri artırmaq olar. Çox yaxşı olar ki, respublikadan kənarda olan model agentliklərində kurs keçib, onların iş prinsipləri ilə tanış olasan.

Orxan neçə ildir bu sənətlə məşğulsunuz? - Mən iki ildir bu sənətlə məşğulam. İndiyə qədər, bir neçə fotosessiyalarım olub. Podiumlarda, reklam çəkilişlərində, kliplərdə, televiziya verilişlərində, anons çəkilişlərində iştirak etmişəm. Amma mənə elə gəlir ki, bu hələ çox azdır. Bizdə reklam bazarı inkişaf etdikcə, sahibkarların, modelyerlərin öz məhsullarını nümayiş etdirmək istəyi artdıqca, model sahəsində çalışanların da fəaliyyətinə müsbət təsir edəcək. Çox arzu edirəm ki, bizdə peşəkar defilelərin sayı artsın və modellərimiz podiuma çıxaraq əsl sənət nümayiş etdirə bilsinlər. Yeni fotosessiya barədə danışaq - Düzdür, indiyə qədər fotosessiyalarım olsa da, çoxdan arzum idi ki, tam fərqli fotosessiya gerçəkləşdirim. Ürəyimdə olan bir ideyanı həyata keçirmək üçün, Türkiyədən məşhur fotoqraf Cihan Dəvəçi ilə işbirliyi yaratdıq. Arzum, kovboy üslubunda peşəkar, tam fərqli fotosessiya etmək idi. İndi tam əminliklə deyə bilərəm ki, bu ideyanı yüksək peşəkarlıqla həyata keçirə bildik. Bunun üçün Cihan bəyə öz dərin minnətdarlığımı bildirirəm. Onu qeyd edim ki, çəkilişlərə hazırlıq prosesi əziyyətli olsa da, sonda bunun bəhrəsini gördüm.

Bir sözlə, fotosessiyadan razısan - Bəli. Təbii. İndiyə qədər Azərbaycanda kovboy mövzusunda olan çəkilişlərdən tam fərqli və peşəkar bir iş ortaya çıxdı. Təvazökarlıqdan uzaq olsa da, bunu mütləq qeyd etməli idim. Kostyumların və aksessuarların hazırlanması üçün internetde axtarış aparmaqla istəyimizə nail olduq. Bütöv bir gün ərzində apardığımız çəkilişdə fotoqrafımız Cihan Dəvəçinin əziyyəti daha çox oldu. Fotoların işlənməsi və rəng seçimi Türkiyədə edildi. Men buradan komandamıza mükəmməl iş üçün öz dərin minnətdarlığımı bildirirəm. Bu fotosessiya məndə çox böyük ruh yüksəkliyi yaratdı. Yeni fikirlərimin gerçəkləşməsinə stimul verdi. Orxan, model olaraq qarşıda hansı planlar var? - Bizim sənət əziyyətli olsa da, mən öz üzərimdə çalışmaqla istədiyim nəticələrə nail olmaq arzusundayam. Ən böyük arzum isə həm ölkəmizdə, həm də xaricdə peşəkar podiumlara çıxmaqla defilelərdə iştirak etmək, bu sahədə peşəkarlığımı artırmaqdır. Minnətdarıq və uğurlar arzulayırıq! - Mən təşəkkür edirəm.

bottom of page