PRESS NEWS AZERBAIJAN

Rusiya Azərbaycana dəmir yolu reyslərini dayandırdı

08.12.2014

 

ADY rəsmisi bəyanat verdi.

 

Dekabrın 16-da şimal istiqamətdə hərəkət edən “Rusiya Dəmir Yolları” ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

 

Bu barədə PressNews.Az-a “Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibi Nadir Əzməmmədov deyib.

 

“Rusiya Dəmir Yolları” ASC-nin məlumatına əsasən, dekabrın 16-dan etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, dekabrın 18-dən etibarən 374/373 №-li Tümen-Bakı, dekabrın 20-dən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti, iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır”, - deyə, o, bildirib.

 

Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaq. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər  sərnişin qatarlarına bilet satışı Bakı sərnişin stansiyasının 2 №-li kassasından  həyata keçiriləcək.

 

N.Əzməmmədov həmçinin vurğulayıb ki, “Azərbaycan Dəmir Yolları” ASC-nin Rusiya istiqamətində nəzərdə tutulan reyslərində heç bir dəyişiklik yoxdur.

Please reload

ƏN ÇOX OXUNANLAR