Bakının bəzi yerlərində iki gün su olmayacaq.
“Azərsu” ASC-nin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsindən PressNews.Az-a verilən məlumata görə, II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq, paytaxtın Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azərneftyağ” neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su 8-9 dekabr tarixlərində məhdudiyyətlə veriləcək.