top of page

“O Səs Türkiyə”ni heyran edən səs - VİDEO

“O səs Türkiyə”nin sonuncu buraxılışında Cənubi Azərbaycandan Yasser Ehsan adlı yarışmaçı iştirak edib.

Əslən Təbrizdən olan iştirakçı “Delilah” (Tom Cons) mahnısını ifa edərək bütün münsifləri özünə tərəf döndərə bilib. Həmyerlimiz sonda Gökhan Özoğuzu seçərək, onun komandasında yarışmağa qərar verib.

Xatırladaq ki, Yasser Ehsan illər öncə Azərbaycanda "Yeni Ulduz" yarışmasında iştirak edib.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.

bottom of page