PRESS NEWS AZERBAIJAN

MTRŞ-dan Mətanətin canlı yayımda şpaqat açmasına rəsmi cavab

09.12.2014

 

PressNews.Az xəbər verir ki, ATV telekanalında yayımlanan canlı yayımlanan “Gündəlik” verilişində aparıcı Mətanət Əliverdiyeva şou göstərib. Verilişdə şpaqat açan aparıcının paltarı cırılıb. İctimai qınağa səbəb olan bu görüntülərlə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən fikirlərdə aparıcının hərəkətləri birmənalı qarşılanmayıb. Belə ki, aparıcının etdiyi hərəkətlər qınaq obyektinə çevrilib.

 

Milli Teleradio Şurasının Monitorinq Şöbəsinin rəhbəri Təvəkkül Dadaşov sözügedən görüntülərlə bağlı mövqeyini açıqlayarkən bunları söyləyib: “Mən bu səhnəyə baxmışam. Əslində, aparıcı belə halların baş verməməsini nəzərə almalıdır. Şou-proqram olduğu üçün aparıcının standart hallardan nisbətən kənara çıxması mümkündür. Bu hərəkətdə qanunvericiliklə kobud şəkildə pozuntu yoxdur. Amma əgər bu hərəkət ictimai qınağa səbəb olursa, aparıcılar gələcək fəaliyyətlərində bundan nəticə çıxarmalıdırlar”.

 

Müsahibimiz qeyd edib ki, bu görüntülərdə qanunvericiliyin pozulması halı olmadığına görə, biz qurum olaraq bu hala müdaxilə edə bilmirik: “Şura televiziyalarda ictimai qınağa səbəb olan halları nəzarətdə saxlayır. İctimaiyyətin narazılığını nəzərə alaraq, aparıcılar televiziyalarda belə hallardan qaçmalıdırlar”. (AZXEBER.COM)

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR