PRESS NEWS AZERBAIJAN

Ramzan Kadırovu ölüm qorxusu - VİDEO

09.12.2014

 

Qroznıda baş vermiş  silahlı qarşıdurmadan sonra Çeçenistan Prezidenti Ramzan Kadırovun affekt vəziyyətinə düşdüyü haqda məlumat yayılıb.

 

PressNews.Az xəbər verir ki, paytaxt Qroznıda hər səhər sarayından prezident iqamətgahına gedən Kadırov bütün yolları bağlatdırır. Onu mühafizə edən silahlılar isə keçid zamanı havaya atəş açırlar.


Xarici medianın məlumatına görə, hansı maşında olduğunun bəlli olmaması üçün eyni model onlarca avtomobilin hərəkət etdiyi prezident korteji Qroznı sakinləri arasında narazılıqla qarşılanıb.


Ramzan Kadırovun mühafizəsinin gücləndirilməsi üçün Rusiyadan xüsusi təyinatlıların göndərildiyi bəlli olub. 

 

Qeyd edək ki, "Qafqaz" Xəbər Agentliyi Ramzan Kadırovun Qroznı küçələrində avtomobil kortejinin hərəkətini nümayiş etdirən video görüntü yayıb. 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR