Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.
PressNews.Az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, Meriyanı məhkəməyə verən şəxs İbadov Qahir Hüseyn oğludur.
Vətəndaş bundan başqa, Bakı İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsindən də şikayətçidir.
O, adıçəkilən qurumlardan fərdi yaşayış evinin tikintisi üçün hazırlanmış layihə sənədinin dövlət ekspertizasının keçirilməsi və təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edib.