top of page

“O səs Türkiyə”də Azərbaycan mahnısı - VİDEO

16 yaşlı türkiyəli iştirakçı Sahil Ekmekçi “Əziz dostum” mahnısını ifa edib.

Türkiyənin “TV8” kanalında yayımlanan “O səs Türkiyə” müsabiqəsində növbəti dəfə Azərbaycan mahnısı səsləndirilib.

PressNews.Az-ın xəbərinə görə, müsabiqəyə qatılan 16 yaşlı türkiyəli iştirakçı Sahil Ekmekçi “Əziz dostum” mahnısını ifa edib.

O, müsabiqəyə Ebru Gündeş ilə davam etməyə qərar verib.

Qeyd edək ki, sözləri Rəsul Həmzətov, musiqisi Qulu Əsgərova aid olan “Əziz dostum” mahnısı, “O səs Türkiyə” müsabiqəsində sözləri Arif Babayev, Şah Ruh, bəstəkarı Əzizə Gursəs kimi təqdim olunub.

bottom of page